Fərqli markalı benzinləri qarışdırmaq “Aİ-95”i əvəz edir? – Avtomobilə dəyən zərər - Ekspertdən İZAH | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərqli markalı benzinləri qarışdırmaq “Aİ-95”i əvəz edir? – Avtomobilə dəyən zərər - Ekspertdən İZAH

Qafar Ağayev15:51 - 14 / 07 / 2022
Fərqli markalı benzinləri qarışdırmaq “Aİ-95”i əvəz edir? – Avtomobilə dəyən zərər - Ekspertdən İZAH

“Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti dəyişəndən sonra bu benzinlə işləyən avtomobillərin sürücüləri yanacaq xərclərini azaltmaq üçün müxtəlif yollara əl atır.

Bəzi sürücülər qiymətin baha olmasını əsas gətirərək, Aİ 95 markalı benzindən “Aİ-92” markalı benzinə keçid etmək qərarı alıb, bəziləri isə “Aİ-95” effektini almaq üçün “Aİ-98” və “Aİ-92” markalı benzinlərini qarışdırmaq üsulundan istidfadə etməyə başlayıb.

Bəs görəsən sürücülərin istifadə etdiyi bu üsullar nə qədər effektivdir? Belə addımlar avtomobilə zərər vururmu?

Məsələ ilə bağlı 1news.az-a -a danışan tanınmış avtomobil ustası Əli Sultanov deyib ki, ümumiyyətlə iki fərqli benzin markasını qarışdırmaqla yüksək oktanlı benzin əldə etmək anlayışı yoxdur.

“Bu təcrübə ancaq bizim ölkədə bəzi ustaların, özlərini mütəxəssis sayanların “icadıdır”. Yanacaq maye olaraq bir-birinə qarışır, ancaq onun tərkibindəki komponentlər qarışmır. Sürücülər avtomobillərində istehsalçı tərəfindən nəzərdə tutulan yanma kamerasına uyğun olan yanacağı istifadə etməlidirlər. Yəni, biz fərqli markalı benzinləri qarışdıranda heçnə əldə edə bilmirik”.

Usta deyib ki, yanacaqları qarışdırmaqdansa, xüsusi qatqılardan istifadə etmək məsləhət görülür.

“Hansı ki, yanacağın oktan ədədini qaldırır, yanma kamerasında onun normal yanmasını təmin edir. İstehsalçının tələbəbinə uyğun olmayan benzindən istifadə etdikdə avtomobildə detonasiya yaranır. Yanma kamerasında temperatur həddindən artıq çox olur, onu da porşenin yanmasına, klapanın, mühərrik başlığı alüminium olduğu üçün standartdan yuxarı temperatur onun əriməsinə səbəb olur. Xaricetmədə isə, birinci növbədə katalizatoru darmadağın edir, daha sonra isə, səsboğucularda zərər yetirir, bundan başqa, xaricetmə kollektoru çuğundandır, o da nəzərdə tutulan temperaturdan çox olanda orada çat əmələ gəlir”.

“Sürücülər yanacağa qənaət etmək üçün nələr etməlidir?” sualına cavab verən Ə.Sultanov deyib ki, əgər yanacaq standartlara uyğun deyilsə, həmin avtomobildə benzin sərfiyyatı azalmayacaq.

“Bundan başqa, yay fəsli olduğu üçün sürücülərin əksəriyyəti kondisionerdən istifadə edir, bu da yanacaq sərfiyyatının artmasına səbəb olur. Əgər qənaət etmək istəyirlərsə, o zaman konsionerdən az istifadə etsinlər. Sürücülər bacardıqları qədər tıxac olan yerlərə girməsinlər, avtomobili aqressiv idarə etməsinlər. Yanacaq sərfiyyatını azaltmağın başqa yolları yoxdur”.

Qeyd edək ki, xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib. Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb.

Paylaş:
3859

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər