AzTU-da yeni kafedra və institut yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AzTU-da yeni kafedra və institut yaradılıb

09:53 - 14 / 07 / 2022
AzTU-da yeni kafedra və institut yaradılıb

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının 2021/2022-ci tədris ili üzrə sonuncu iclası keçirilib.

Universitetdən 1news.az-a verilən xəbərə görə, icclasda yay imtahan sessiyasının nəticələri və tədris ilində universitetin fəaliyyəti barədə məlumat verilib.

Həmçinin növbəti semestr üçün perspektiv inkişafla bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

İclasda dövlətin kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə prioritetləri nəzərə alınaraq AzTU-nun İKT yönümlü kafedralarının strukturunun təkmilləşdirilməsi və yeni Kibertəhlükəsizlik kafedrasının yaradılması qərara alınıb.

AzTU-da xarici dil hazırlığının təşkili və xarici dil biliklərinin müasir standartlara uyğun tədrisinə yardım məqsədilə Xarici Dil Texnologiyaları İnstitutunun yaradılmasına qərar verilib.

1news.az

Paylaş:
228

Son xəbərlər

Bütün xəbərlər