Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib - FOTO
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
BŞTİ-dən 1news.az-a bildirilib ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseydə keçirilən test imtahanında 84 nəfər iştirak etmək hüququ qazanıb.
İmtahanda namizədlərə tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığınının cavablandırıması üçün 80 dəqiqə vaxt verilib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva 20 nömrəli məktəb-liseydə imtahanın gedişini izləyib.
Qeyd edək ki, ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq seçim prosesinin yalnız müsahibə mərhələsində iştirak edə biləcəklər.