“Azərxalça” ASC-yə yeni sədr müavini təyin olunub - DOSYE
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 13.07.2022 tarixli 3360 Sərəncamı ilə Emin Əfəndiyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.
1news.az xəbər verir ki, Emin Əfəndiyev 1992- ci ildə Material Ehtiyatları Nazirliyi, «Azərtikinti Materialları» İdarəsində iş fəaliyyətinə başlayıb və 1996-cı ilədək mühəndis, 1-ci dərəcəli iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində fəaliyyətini davam etdirib.
1996-2004-cü illər ərzində «Rossiyskiy Kredit» BKB Rusiya-Azərbaycan birgə Bankında mütəxəssis, şöbə müdiri, departament müdiri, İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədrinin birinci müavini və son 4 ildə İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
2004-2009-cu illərdə «AZAL» SKB (2008-ci ildə adını dəyişdirilərək «Silk Way» SKB olmuşdur) İdarə Heyəti sədrinin müavini, 2009-2015-ci illərdə “Kapital Bank” ASC-nin 1 saylı Binəqədi Filialı və Bankın 1 saylı Səbail filialının müdiri vəzifəsində işləyib.
2015-2018-ci illərdə «MBA-Moskva» Azərbaycan Beynəlxalq Bankın Rusiya Federasiyasının törəmə bankında İdarə Heyətinin sədri vəzifəsində iş fəaliyyətini davam etdirib.
2018-2021-ci illərdə “Azərpoçt” MMC-nin baş direktoru olub. 2021-ci ilin 12 oktyabr tarixindən etibarən “Azərxalça” ASC İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.