Şabranda 15 yaşlı oğlan zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda 15 yaşlı oğlan zəhərlənib

Qafar Ağayev10:10 - 15 / 07 / 2022
Şabranda 15 yaşlı oğlan zəhərlənib

Şabran rayonunda 15 yaşlı oğlan hisə verilmiş balıqdan zəhərlənib.

Bu barədə 1news.az-a Kliniki Tibbi Mərkəzin Mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib.

O bildirib ki, rayon sakini, 2007-ci il təvəllüdlü Vüsal Mirzəgülov yaşadığı evdə hisə verilmiş balıq yeyəndən sonra səhhəti qəfil pisləşib.

"O valideynlərinin köməkliyi ilə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, müalicələr nəticə verməyib. Yeniyetmə ağır vəziyyətdəTəcili Tibbi Yardım maşını ilə Kliniki Tibbi Mərkəzin tabeliyindəki 2 saylı Klinik Uşaq Xəstəxanasına yerləşdirilib və süni tənəffüz aparatına qoşulub. Həkimlərin müdaxiləsindən sonra onun həyatını xilas etmək mümkündür. Hazırda uşağın vəziyyəti stabildir",-E. Hidayətoğlu deyib.

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər