Məhərrəm ayının başlayacağı TARİX AÇIQLANDI | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhərrəm ayının başlayacağı TARİX AÇIQLANDI

11:30 - 15 / 07 / 2022
Məhərrəm ayının başlayacağı TARİX AÇIQLANDI

İyulun 30-da Azərbaycanda Məhərrəm ayı başlayacaq.

1news.az xəbər verir ki, bu barədə apa-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, Şamaxı Astrofizika Rəsədxanasının təqdim etdiyi təqvimə əsasən 30 iyul Məhərrəm ayının birinci günüdür:

"Həmin gün Zilhiccə ayı tamamlanır və Məhərrəm ayı daxil olur. Bu, Hicri-Qəməri təqvimi ilə 1444-cü ilin başlanğıcıdır. Çünki Məhərrəm ayı Hicri-Qəməri təqvimində birinci aydır. Aşura günü avqustun 8-nə təsadüf edəcək. Ərbəin günü, yəni İmam Hüseynin şəhadətinin 40-cı günü sentyabrın 17-i olacaq".

1news.az

Paylaş:
285

Son xəbərlər

Bütün xəbərlər