Bakıda dəniz sahilində konteyner yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dəniz sahilində konteyner yanıb

Qafar Ağayev12:01 - 15 / 07 / 2022
Bakıda dəniz sahilində konteyner yanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib. Xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın dəniz sahilində konteynerdə baş verib. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Paylaş:
273

Son xəbərlər

Bütün xəbərlər