XalqKart – hər yerdə ödənişlərdən pulsuz yanacaq və kəşbək qazandıran yeni ödəniş kartı! | 1news.az | Xəbərlər
Cəmiyyət

XalqKart – hər yerdə ödənişlərdən pulsuz yanacaq və kəşbək qazandıran yeni ödəniş kartı!

Qafar Ağayev12:16 - 18 / 07 / 2022
XalqKart – hər yerdə ödənişlərdən pulsuz yanacaq və kəşbək qazandıran yeni ödəniş kartı!

Ölkənin aparıcı banklarından olan Xalq Bank özündə bir çox imkanları birləşdirən yeni XalqKart Petrol və XalqKart Cashback kartlarını təqdim edir!

Artıq sərbəst vəsaitləri karta yerləşdirərək xərcləmək daha sərfəli olacaq! XalqKart Petrol sahibləri həm ölkə daxilində, həm də xaricdə ticarət və xidmət obyektlərində nağdsız ödənişlər həyata keçirməklə hər əməliyyata görə Oil bonusları qazanacaq və həmin bonusları pulsuz yanacağa çevirə biləcəklər. Avtomobil sahibləri üçün əvəzsiz şərtlərlə və “Hər yerdə ödəniş et, PETROL qazan!” şüarı ilə təqdim edilən bu kart bütün nağdsız ödənişlərdən 3%, Bankın tərəfdaş şəbəkəsində ödəniş edərkən 40%-dək Oil bonus qazandırır. Toplanmış Oil-lər ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində 1 Oil = 1 AZN dəyərində yanacağa dəyişdirilir. Beləliklə, müştərilər gündəlik alış-veriş etməklə həm də yanacaq sərfiyyatında qənaət etmiş olacaqlar.

XalqKart Cashback - xərclədikcə rahat şərtlərlə kəşbək qazandıran ödəniş kartıdır. 4 valyutada olmaqla (AZN/USD/EUR/GBP) 3 il müddətinə təqdim edilən bu kartla aparılan gündəlik alış-verişlər və nağdsız ödənişlər 2 %, tərəfdaş şəbəkəsində edilən ödənişlər isə 40 %-dək kəşbək qazandırır.

Milli valyutada olan XalqKart Petrol və XalqKart Cashback kartları müştərilərə kart hesabındakı qalığına hər ay əlavə illik 2 % gəlir də qazandırır. Həmçinin XalqKart-da hesabda olan vəsaitləri Xalq Bankın bankomatlarında komissiyasız nağdlaşdırma və balansın komissiyasız artırılması imkanları mövcuddur.

Hər zövqə uyğun 4 nəfis dizayn və rəngdə təklif edilən XalqKartı əldə etmək çox rahatdır: bunun üçün kartı onlayn sifariş etmək, yaxud Bankın geniş filial şəbəkəsinə müraciət etmək kifayətdir. XalqKart haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://www.xalqbank.az/az/for-life/services/cards/xalqkart-petrol/ ; https://www.xalqbank.az/az/for-life/services/cards/xalqkart-cashback/ .

Bank məhsulları, eləcə də yenikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi FacebookInstagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
493

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər