Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlanıb

12:31 - 18 / 07 / 2022
Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlanıb

Azərbaycanda 44 nəfər İnsan İmmunçatışmazlığı Virusuna (İİV) yoluxmuş şəxs var.

1news.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-iyun aylarının yekununa dair hesabatda bildirilib.

Ümumilikdə 1988-ci ildən Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 9806 nəfər qeydiyyata götürülüb. Onlardan (9485-i Azərbaycan vətəndaşı, 321-i əcnəbi) şəxslərdir. İİV-ə yoluxanların 6998-i kişi, 2808-i qadındır. Onlardan 3531-i İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2482 nəfəri hazırda dispanser qeydiyyatındadır.

1news.az

Paylaş:
311

Son xəbərlər

Bütün xəbərlər