Mobil telefon aşkarlanan 9 nəfərin imtahan nəticəsi ləğv olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Mobil telefon aşkarlanan 9 nəfərin imtahan nəticəsi ləğv olunub

13:36 - 21 / 07 / 2022
Mobil telefon aşkarlanan 9 nəfərin imtahan nəticəsi ləğv olunub

Bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

1news.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

1news.az

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər