“Bakı parkları”: Yaşıllıqlarla əhatə olunmuş Mərkəzi Park - FOTOREPORTAJ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakı parkları”: Yaşıllıqlarla əhatə olunmuş Mərkəzi Park - FOTOREPORTAJ

09:42 - 21 / 07 / 2022
“Bakı parkları”: Yaşıllıqlarla əhatə olunmuş Mərkəzi Park - FOTOREPORTAJ

1news.az Bakı parklarını daha yaxından tanımağınıza və xoş vaxt keçirmək üçün gələcək yer barədə qərar verməyə kömək edəcək “BAKI PARKLARI” rubrikasını davam etdirir.

Bakıda və şəhərətrafı ərazilərdə yerləşən parklar insanların asudə vaxtlarını əyləncəli, maraqlı, səmərəli keçirməsində mühüm rol oynayır. Günümüzdə bir çox parklarda yenidənqurma və abadlıq işləri aparılmışdı. Parklar yeni bitgilərlə zənginləşdirilmişdir. Ağacların, çiçəklərin artırılması da ekologiyanın qorunmasında mühüm rol oynayır. Salınan parklar insanlarda istirahət mədəniyyətinin formalaşdırılması, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilir.

Rubrikamızda bu dəfə Bakıya xüsüsi gözəllik verən parklardan biri də Mərkəzi Parkı göstərəcəyik.

Mərkəzi Park köhnə “Sovetski” məhəlləsində, Abdulla Şaiq, Nəriman Nərimanov və Mirzə Ağa Əliyev küçələrində yerləşir və 20 hektar ərazini əhatə edir. Park Avstriya memarı Yans Hoffman tərəfindən layihələndirilmişdir. Bu parkın birinci hissəsinin açılışı 22 may 2019-cu il tarixində gerçəkləşib. Parkda müxtəlif növ 7 istirahət və oyun meydançaları, yəni futbol meydançası, nərd, şahmat və idman qurğuları, eyni zamanda uşaqlar üçün yellənçəklər quraşdırılıb. Parkın 14 hektar ərazisində yaşıllıqlar salınmışdı. Burada 2.100-dən çox 19 növ ağac və 137.000-dən artıq gül və kol bitkiləri əkilib.

Parkon açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva parkın açılışında iştirak ediblər.

İstirahət məkanında insanların rahat hərəkətini təmin etmək məqsədi ilə yeraltı və yerüstü piyada keçidləri quraşdırılıb.

Bir sözlə desək Mərkəzi Park bütün yaş qruplarından olan insanların rahat istirahəti üçün mükəmməl istirahət məkanlarındandır.

Humay Əliyeva

FOTO: Nadir İbrahimli

Paylaş:
2285

Son xəbərlər

Bütün xəbərlər