Penitensiar Xidmətin 91 əməkdaşı işdən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Penitensiar Xidmətin 91 əməkdaşı işdən çıxarılıb

17:56 - 22 / 07 / 2022
Penitensiar Xidmətin 91 əməkdaşı işdən çıxarılıb

2022-ci ilin birinci yarımili ərzində 91 əməkdaşın ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində keçirilən müşavirədə bildirilib.

Qeyd edilib ki, ədliyyə orqanlarına işə qəbul üzrə Müsabiqə Komissiyasının şəffaf və səmərəli fəaliyyəti, vakant vəzifələrin vaxtında komplektləşdirilməsi nəticəsində Penitensiar xidmətə 30 nəfər orta rəis heyətinə, 74 nəfər kiçik rəis heyətinə, 17 nəfər isə mülki işə qəbul edilib.

1news.az

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər