Astarada avtomobil çaya aşıb, sürücü boğularaq ölüb

Astara rayonunda avtomobil çaya aşıb.
1news.az xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb.
"Mercedes" markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü İdrak Nəsirov idarəetməni itirib, avtomobil yolun kənarındakı çaya aşıb.
Nəticədə İdrak Nəsirov boğularaq ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
1news.az
714