“Buta Airways”in təyyarəsi Həştərxanda hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Bakıya qayıdıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Buta Airways”in təyyarəsi Həştərxanda hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Bakıya qayıdıb

18:09 - 24 / 07 / 2022
“Buta Airways”in təyyarəsi Həştərxanda hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Bakıya qayıdıb

“Buta Airways” aviaşirkətinin J2-9235 nömrəli Bakı-Həştərxan reysini yerinə yetirən hava gəmisinin kapitanı Həştərxan hava limanı ətrafında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) ilə əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Həştərxana yola düşəcəklər.

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər