Xəzər dənizində növbəti kompleks ekoloji monitorinqlərə başlanıldı
Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi Xəzər dənizində növbəti kompleks ekoloji monitorinqlərin aparılması üçün bu gün, iyulun 25-də yenidən dənizə çıxıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən avqustun 3-dək dənizdə kompleks tədqiqatlar və monitorinqlər aparılacaq.
“Monitorinqlər zamanı 9 məntəqə üzrə su nümunələri, dib çöküntüləri üzərində tədqiqatlar aparılacaq, nərəcinsli balıqların, Xəzər suitilərinin və digər su bioloji resurslarının ehtiyatları öyrəniləcək və qiymətləndiriləcək, eyni zamanda quşların miqrasiyasının öyrənilməsi məqsədilə vizual müşahidələr aparılacaq.