Bakıda avtomobil aşıb, 2 Hindistan vətəndaşı ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtomobil aşıb, 2 Hindistan vətəndaşı ölüb

10:53 - 25 / 07 / 2022
Bakıda avtomobil aşıb, 2 Hindistan vətəndaşı ölüb

Qaradağ rayonunda baş verən yol qəzasında 2 əcnəbi ölüb, 2 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 23-də saat 11 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini H.Həsənov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişinlərdən Hindistan vətəndaşları Pervin Shroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

1news.az

Paylaş:
420

Son xəbərlər

Bu ərazilərdə qaz olmayacaq

15 / 08 / 2026, 17:59
Bütün xəbərlər