Nazir: “Azərbaycan dilində tədris olunan məktəblər rus dilində tədris olunanlardan dəfələrlə irəlidədir”
"Hal-hazırda təhsilin keyfiyyətinə görə ilk 10-15 yerdə olan məktəblərdə tədris Azərbaycan dilindədir".
1news.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
"Azərbaycan dilində tədris olunan məktəblər nəinki rus dilində tədris olunan məktəblərdən geri qalır, hətta dəfələrlə irəlidədir. Azərbaycan dilində tədris daha keyfiyyətlidir. Əgər kimsə övladının rus dilində təhsil almasını arzu edirsə, buna heç kim əngəl ola bilməz. Ancaq yer saylarını nəzərə almaq lazımdır, bir məktəbdə rus bölməsi üçün müəyyən kvota müəyyən edilibsə başqa bir məktəbi seçmək lazımdır".
737