“Azərişıq” SİMA sisteminə inteqrasiya olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq” SİMA sisteminə inteqrasiya olunub

Qafar Ağayev13:47 - 27 / 07 / 2022
“Azərişıq” SİMA sisteminə inteqrasiya olunub

"Azərişıq" ASC vətəndaş məmnunluğunu və əlçatanlığı artırmaq üçün SİMA yeni nəsil rəqəmsal imza şirkətinin sisteminə inteqrasiya olunub.

1news.az xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə məlumat verilib.

Məlumata görə, ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya layihələri çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza ilə “ASAN Login” sistemi üzərindən “eGov” Elektron Hökumət və ya e-service.azerishiq.az portalına daxil olan vətəndaşlar “Azərişığ”ın “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətinə müraciət edərkən sənədləri SİMA ilə daha rahat imzalaya bilərlər.

Abonentlərə olduğu məkanı tərk etmədən “Azərişığ”ın “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətində enerji alqı-satqı müqaviləsi və texniki şərtin verilməsi barədə müraciətlərini SİMA vasitəsilə təsdiqləmək imkanı yaradılıb.

Tətbiq edilən bu rəqəmsal transformasiya ilə abonentlər vaxt itkisinə yol vermədən, eləcə də imza üçün ödəniş etmədən bu xidmətlərdən yararlana bilərlər.
Növbəti mərhələdə isə əhali istehlakçısının ad dəyişdirilməsi zamanı enerji alqı-satqı müqaviləsinin SİMA ilə təsdiqi mümkün olacaq.

Əlavə məlumat əldə etmək üçün "Azərişığ"ın 199 Çağrı Mərkəzi, SİMA.az saytı və yaxud 157 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

Paylaş:
1240

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər