Prokurorluq Balakəndə qadının qətli barədə məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokurorluq Balakəndə qadının qətli barədə məlumat yayıb

Qafar Ağayev16:10 - 27 / 07 / 2022
Prokurorluq Balakəndə qadının qətli barədə məlumat yayıb

Balakəndə birgə yaşadığı qadını qətlə yetirən şəxs barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a sorğusuna cavab olaraq bildirilib ki, iyulun 27-də Balakən rayon sakini 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elton Layicov şübhəli şəxs qismində tutulub.

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər