Qoşulmama Hərəkatının iştirakçıları sabah Şuşada yekun sənəd qəbul edəcək

“Biz müxtəlif platformalarda gənclərin potensialından istifadə etməliyik”.
1news.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Gənclər Sammitinin bağlanış sessiyasındakı çıxışında deyib.
“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra təşəbbüslər irəli sürüb ki, bunlardan biri də Gənclər Şəbəkəsinin yaradılması idi: “Bu şəbəkə beynəlxalq səviyyədə əhatə qazanıb. Şəbəkənin gəncləri Belqradda görüşüblər”.
Nazir bildirib ki, Qoşulmama Hərəkatının gənclər sammiti məhsuldar keçdi
"Bunun iştirakçıların sabah Şuşada qəbul edəcəyi yekun sənəddə öz əksini tapacağına əminik”.
1news.az
758