Heydər Əliyev Mərkəzinin həyətində 5 yeni film nümayiş olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzinin həyətində 5 yeni film nümayiş olunacaq

Qafar Ağayev13:29 - 01 / 08 / 2022
Heydər Əliyev Mərkəzinin həyətində 5 yeni film nümayiş olunacaq

Milli Kino Günü münasibətilə Heydər Əliyev Mərkəzinin həyətində 5 yeni film nümayiş olunacaq. Bunlardan üçü "Böyük qayıdış" ssenari müsabiqəsi çərçivəsində çəkilən qısametrajlı filmdir.

1news.az xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rola malikdir.

"Sözsüz, biz istəyirik ki, Azərbaycan kinosu Azərbaycan cəmiyyətinin inkişafında özünü səfərbər etsin. Kinomuzun inkişafı Mədəniyyət Nazirliyinin prioritetlərindən biridir. Gələn il Azərbaycan kinosunun 125 illiyi, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi olacaq. Bununla bağlı ciddi işlər, planlar nəzərdə tutulub", - o qeyd edib.

Paylaş:
453

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər