Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb - FOTO

Qafar Ağayev17:07 - 01 / 08 / 2022
Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb - FOTO

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.4.1-ci; 234.4.3-cü; 317.2.1-ci; 32.3-cü və 29,317.1.1-ci maddələri ilə təqsirli bilinərək 12 il altı ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elman Ömər oğlu Kərimovla qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Əlvan Ömər oğlu Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan tortun karton qabının alt hissəsində xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartı olan iki ədəd “Samsung” markalı mobil telefon aparatı, iki ədəd elektrik qidalandırıcısı və bir ədəd qulaqcıq aşkarlanıb.

Paylaş:
824

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər