Bu il milli parkları ziyarət edən turistlərin sayı açıqlanıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il milli parkları ziyarət edən turistlərin sayı açıqlanıb - VİDEO

Qafar Ağayev10:34 - 01 / 08 / 2022
Bu il milli parkları ziyarət edən turistlərin sayı açıqlanıb - VİDEO

Azərbaycanın milli parkları son illər daha çox məşhurlaşıb və parklara səfər artıq bir ənənəyə çevrilib.

2022-ci ilin 7 ayı ərzində milli parkları 147 359 turist ziyarət edib. Gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.

Bunu 1news.az-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

O qeyd edib ki, ən çox turist qəbul edən milli parklarımız Göygöl, Şahdağ, Hirkan, Abşeron və Ağgöldür.

Xidmət rəsmisinin sözlərinə görə, turistlərin sayında müşahidə olunan artım insan-təbiət vəhdətinin qurulması istiqamətində aparılan ardıcıl maarifləndirmə işləri ilə yanaşı, sosial şəbəkələr üzərindən təbiətimizin foto və videolarda tərənnümünün, ekoturizmin təbliği istiqamətində tərəfdaşlarla birgə həyata keçirilən fəaliyyətin nəticəsidir.

“Biz bu gün xüsusilə vurğulaya bilərik ki, milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir və turistlər bu gözəllikləri həvəslə ziyarət edərək, həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir".

Paylaş:
791

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər