VTB (Azərbaycan) Gənc Liderlər üçün Yay Universiteti layihəsinə dəstək verib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

VTB (Azərbaycan) Gənc Liderlər üçün Yay Universiteti layihəsinə dəstək verib - FOTO

Qafar Ağayev12:21 - 01 / 08 / 2022
VTB (Azərbaycan) Gənc Liderlər üçün Yay Universiteti layihəsinə dəstək verib - FOTO

VTB (Azərbaycan)-ın dəstəyi ilə “Gənc Liderlər üçün Yay Universiteti” keçirilib.

Layihə fəal gənclərin liderlik səriştələrini hərtərəfli inkişaf etdirmək və üfüqlərini genişləndirmək üçün nəzərdə tutulub.

Universitet çərçivəsində bank gənc liderlər üçün “Maliyyə bazarlarında rəqəmsallaşma tendensiyaları və innovasiyaların tətbiqi” mövzusunda təlim təşkil edib. Təlim çərçivəsində gələcək peşəkar menecerlərə Azərbaycanın maliyyə bazarlarında rəqəmsallaşma ilə bağlı mövcud vəziyyət, dünya təcrübəsi, bu sahədə mövcud tendensiyalar və inkişaf perspektivləri barədə məlumat verilib.

Təşkilatçılar iştirakçılara intellektual oyunlar, treninqlər və əyləncəli proqram təklif etmiş, dövlət və ictimai təşkilatların nümayəndələri tələbələr qarşısında salamlama sözləri ilə çıxış etmişlər.

“Gənclərin peşəkar inkişafı VTB (Azərbaycan)-ın prioritetlərindən biridir. Bank Azərbaycan məktəblərinin şagirdləri üçün maliyyə savadlılığı üzrə təlimlərə və olimpiadalara fəal dəstək verir, həmçinin yay təcrübələrini təşkil edir. Bu, karyerasını maliyyə sektorunda davam etdirməyi planlaşdıran tələbələrin kompetensiyalarını genişləndirir və gənc mütəxəssislərə seçdikləri yolda ilk addımları atmağa imkan verir. Hesab edirik ki, belə maarifləndirici tədbirlər gənclərin təcrübə qazanmasında və karyera yüksəlişində mühüm rol oynayır”, - deyə, VTB (Azərbaycan)-ın Reklam, Marketinq və Xüsusi Layihələr Şöbəsinin rəhbəri Kristina Danyalova bildirib.

Bu il “Gənc Liderlərin Yay Universiteti”ndə iştirak etmək üçün 2,4 mindən çox tələbə müraciət edib. Onlardan 100 nəfər seçilərək layihənin iştirakçısı olub.

Reklam hüququnda

Paylaş:
495

Son xəbərlər

İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 12:5431 ildən sonra meyitinin qalıqları Şuşada tapılan şəhidlə vida mərasimi keçirilir - FOTOBu gün, 12:45Şuşaya axund təyin olunubBu gün, 12:38Bakıda qanunsuz tikililər sökülüb - FOTO - VİDEOBu gün, 12:28Milli Qəhrəman Riad Əhmədovun nəşi dəfn edilir - YENİLƏNİB 1Bu gün, 12:24Abşeronda 3 nəfər bıçaqlanıbBu gün, 12:22Oktyabrın ilk gününə olan hava proqnozu açıqlanıbBu gün, 12:12XİN: Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar tamamilə əsassız və absurddurBu gün, 11:56Qızıl və gümüş ucuzlaşıbBu gün, 11:50Şərafət Həsənov: “Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb”Bu gün, 11:35Şuşanın bərpa olunan mərkəzi küçəsinin təhvil veriləcəyi vaxt açıqlanıbBu gün, 11:31Beyləqanda avtoxuliqanlıq edən şəxs inzibati qaydada həbs edilibBu gün, 11:25Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:12Yol polis paytaxt sakinləri və sürücülərə müraciət edibBu gün, 10:58Xocavənddə müsadirə edilən artilleriya qurğularının videogörüntüləri yayılıbBu gün, 10:39Gəncədə ikimərtəbəli obyekt və altında olan avtomobillər yanıbBu gün, 10:33Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilibBu gün, 10:20Azərbaycan neftinin qiyməti 100 dollara düşübBu gün, 10:15Qarabağ bölgəsində döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir - VİDEOBu gün, 10:00Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir29 / 09 / 2023, 23:18
Bütün xəbərlər

Next TV