FHN bulvarda qadını xilas edib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN bulvarda qadını xilas edib - VİDEO

16:13 - 03 / 08 / 2022
FHN bulvarda qadını xilas edib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.

1news.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-Bulvarı” dalğıc axtarış qrupunun müvafiq xilasetmə qüvvələri tərəfindən 1991-ci il təvəllüdlü S.Ağakişiyeva xilas olunaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

1news.az

Paylaş:
545

Son xəbərlər

Bütün xəbərlər