Yasamalda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

Qafar Ağayev16:44 - 04 / 08 / 2022
Yasamalda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

6 avqust saat 08:00-dan 8 avqust saat 20:00–dək Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasquluağa Bakıxanov küçəsinədək olan hissəsində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd edilən tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş olunur.

Paylaş:
628

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər