Vətən müharibəsi veteranı ilə ailə quran paralimpiyaçı ana oldu - FOTO

Ötən il Vətən müharibəsi veteranı Vaqif Babazadə ilə ailə quran paralimpiyaçı Vüsalə Kərimova ana olub.
1news.az xəbər verir ki, cütlüyün qız övladı dünyaya gəlib.
Xatırladaq ki, Vaqif Babazadə ilə Vüsalə Kərimova ötən ilin iyununda ailə qurub.
Vaqif Babazadə müharibədəki qəhrəmanlıqlarına görə “Ağdamın azad olunmasına görə”, “Şücaətə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
1news.az


690