TƏBİB meymunçiçəyi ilə bağlı tövsiyələr verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB meymunçiçəyi ilə bağlı tövsiyələr verdi

Qafar Ağayev10:11 - 04 / 08 / 2022
TƏBİB meymunçiçəyi ilə bağlı tövsiyələr verdi

Meymunçiçəyinin əlamətləri açıqlanıb.

TƏBİB-dən 1news.az-a verilən məlumata görə, meymunçiçəyinin əlamətləri baş ağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü biruzə verə bilər.

"Əgər meymunçiçəyi xəstəliyinə yoluxduğunuzu düşünürsünüzsə həkiminizlə əlaqə saxlayın. Daha sonra həkim tövsiyəsinə uyğun olaraq meymunçiçəyi ilə bağlı test verin.

Meymunçiçəyindən qorunmaq üçün əllərinizi tez-tez sabun ilə yuyun, dezinfeksiyaedici vasitələrdən istifadə edin. Xəstəliyin simptomlarını hiss etdiyiniz insanlarla ünsiyyətdən çəkinin, onlarla aranızda fiziki məsafə saxlayın",- qurumdan qeyd edilib.

Paylaş:
449

Son xəbərlər

Bütün xəbərlər