Azərbaycan Ordusunun iki əsgəri Laçında həlak olub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun iki əsgəri Laçında həlak olub - YENİLƏNİB

15:48 - 05 / 08 / 2022
Azərbaycan Ordusunun iki əsgəri Laçında həlak olub - YENİLƏNİB

Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

Müdafiə Nazirliyindən 1news.az-a faktı təsdiq ediblər.

14:23

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
1043

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər