“Azəristiliktəchizat”ın iki vəzifəli şəxsi işdən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azəristiliktəchizat”ın iki vəzifəli şəxsi işdən çıxarılıb

09:45 - 09 / 08 / 2022
“Azəristiliktəchizat”ın iki vəzifəli şəxsi işdən çıxarılıb

"Azəristiliktəchizat" ASC-nin Bakı şəhəri 7 saylı və Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahələrinin rəisləri tutduqları vəzifələrdən azad ediliblər.

1news.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb onların 2022-2023-cü illər payız qış mövsümünə hazırlıq tədbirlərinin lazımi səviyyədə icra etməməsidir.

Bundan başqa, səhmdar cəmiyyətdə müxtəlif vəzifələr tutan 4 nəfərə axırıncı xəbərdarlıqla töhmət elan edilib.

1news.az

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər