Şirvanda körpə doğuş zamanı ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda körpə doğuş zamanı ölüb

11:29 - 09 / 08 / 2022
Şirvanda körpə doğuş zamanı ölüb

Şirvan Doğum evində doğuş zamanı körpə ölümü baş verib

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ötən gecə Şirvan Doğum evində Sabirabad rayonunun Məmişlər kənd sakini, 2001-ci il təvəllüdlü Bünnətova Elnurə Fariz qızı oğlan uşağı dünyaya gətirib.

Ailə üzvlərinin bildirdiyinə görə körpə doğuş zamanı ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
365

Son xəbərlər

Bütün xəbərlər