Bu ermənilər Zabuxdan Xankəndiyə köçür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ermənilər Zabuxdan Xankəndiyə köçür

17:16 - 11 / 08 / 2022
Bu ermənilər Zabuxdan Xankəndiyə köçür

Zabuxda erməni əhalisinin çıxarılması prosesi davam edir.

1news.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Zabuxun qondarma erməni icmasının "rəhbəri" Andranik Çavuşyan deyib.

Onun sözlərinə görə, hazırda məktəbin boşaldılması həyata keçirilir.

"Kənddə 54 ailə var. Bu ailələrdən yalnız 7-si Qarabağda qalacaq, digərləri Ermənistanın müxtəlif yerlərinə gedəcək", - o deyib.

Çavuşyan özü isə Xankəndidə qalacağını deyib.

Qeyd edək ki, Laçındakı ermənilər işğal dövründə xüsusilə Yaxın Şərqdən bura köçürülənlərdir. A.Çavuşyan da 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib, 2016-cı ildə Zabux kəndinə köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb.

1news.az

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər