Havada toz dumanı müşahidə edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Havada toz dumanı müşahidə edilir

19:48 - 12 / 08 / 2022
Havada toz dumanı müşahidə edilir

Avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

1news.az xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, buna səbəb cənub-şərq istiqamətli hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır.

"Müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir".

G.Məmmədova sözlərinə görə dispers toz hissəcikləri Xətai rayonunda 2.6, Nizami rayonunda 2.5 , Səbail rayonunda 2.7 dəfə normadan yüksək qeydə alınıb.

"Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti yaxın 2 gün ərzində davam edəcək".

1news.az

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər