Bakıda dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

14:14 - 13 / 08 / 2022
Bakıda dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Dənizdə ("Zuğulba 3" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb.

1news.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

13:11

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda, dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

1news.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

1news.az

Paylaş:
425

Son xəbərlər

Bütün xəbərlər