X siniflər üçün şagird yerdəyişməsinə başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

X siniflər üçün şagird yerdəyişməsinə başlanılıb

13:51 - 15 / 08 / 2022
X siniflər üçün şagird yerdəyişməsinə başlanılıb

15 avqust saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Təhsil Nazirliyindən 1news.az-a verilən xəbərə görə, valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

1news.az

Paylaş:
282

Son xəbərlər

Bütün xəbərlər