Binəqədidə doqquzmərtəbəli yaşayış binasında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə doqquzmərtəbəli yaşayış binasında yanğın olub

Qafar Ağayev12:42 - 15 / 08 / 2022
Binəqədidə doqquzmərtəbəli yaşayış binasında yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 75 m² olan 4 otaqlı mənzildə çarpayı və divan yanıb.

FHN-dən 1news.az-a bildirilib ki, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Paylaş:
261

Son xəbərlər

Bütün xəbərlər