Bakıda şam ağaclarının müalicəsi üçün İsraildən mütəxəssis dəvət edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda şam ağaclarının müalicəsi üçün İsraildən mütəxəssis dəvət edilib

Qafar Ağayev14:39 - 17 / 08 / 2022
Bakıda şam ağaclarının müalicəsi üçün İsraildən mütəxəssis dəvət edilib

Artıq bir müddətdir ki, paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən 1news.az-a verilən xəbərə görə, dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edən bu məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində bir sıra aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib, Bakıya xarici ölkələrdən alimlər, həmçinin BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri dəvət edilib. Həmin alim və mütəxəssislər paytaxt ərazilərində bir sıra yerlərdə araşdırmalar aparıblar.

Bakı şəhərində şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədi ilə tədqiqat işləri üçün xüsusi olaraq İsraildən Bakıya dəvət edilən bitkiçilik üzrə mütəxəssis, arqonom Qabriel Eliazz artıq paytaxtın bir çox yerlərində xəstə şam ağaclarının vəziyyəti ilə tanış olub, onların müxtəlif hissələrindən nümunələr götürərək analizlər aparıb, xəstə ağacların müalicəsi və profilaktikası, kütləvi qurumanın qarşısınını alınması ilə bağlı tədbirlər planı hazırlayıb.

Bu işlər çərçivəsində bir neçə gündür ki, şam ağaclarının çox olduğu ərazilərdə onun nəzarəti altında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ağaclara xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilir və onlar kimyəvi məhlullarla yuyulurlar. Eyni zamanda artıq müalicəsi mümkün olmayan və ətrafdakı ağaclar üçün təhlükə yaradan qurumuş ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin müvafiq rəyi əsasında kəsilərək utilizasiya edilir. Bu günə kimi Bakı şəhərində xəstəliyə yoluxan və müalicəsi mümkün olmadığından kəsilərək utilizasiya edilən ağacların sayı 3 mindən çoxdur.

Qabriel Eliazzın qeyd etdiyi kimi dünya ölkələrində şam ağaclarında müşahidə edilən bu prosses 30 ildən çoxdur ki, davam etməyinə baxmayaraq 3 il əvvəl Qafqaz bölgəsində qeydə alınıb və bu gün Bakıda bu xəstəliyə qarşı mübarizə tədbirləri Almaniya, Kanada və Amerikadakından xeyli yaxşı vəziyyətdədir.

Əsasən yaşı 40-45 il olan şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması ilə bağlı tədqiqatlarda Mərkəzi Nəbatat Bağının alimləri də iştirak edirlər.

Ümumilikdə isə payız mövsümündə xəstə ağacların müalicəsi ilə bağlı profilaktiki tədbirlər daha geniş miqyas alacaqdır.

Paylaş:
263

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər