III ixtisas qrupunda dövlət sifarişi üzrə 4593 yerə qəbul aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

III ixtisas qrupunda dövlət sifarişi üzrə 4593 yerə qəbul aparılır

16:32 - 17 / 08 / 2022
III ixtisas qrupunda dövlət sifarişi üzrə 4593 yerə qəbul aparılır

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində III ixtisas qrupu üçün dövlət sifarişi üzrə 4593 yer ayrılıb.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a bildirilib ki, bu, ötən illə müqayisədə 40 yer azdır.

Builki dövlət sifarişli yerlərdən 4313-ü DT altqrupunun, 280-i TC altqrupunun payında düşür.

Həmçinin bu il dövlət sifarişli yerlərin ümumi sayı 23 min 627-dir. Ötən il ümumi say 22 min 881 olub.

1news.az

Paylaş:
223

Son xəbərlər

Bütün xəbərlər