Məhkəmə intim görüntüləri yayılan FHN polkovniki ilə bağlı qərar verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının intim videolarını yaymaqda təqsirləndirilən FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
"Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Zaur Mirzəyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - deyə, qeyd edilib.
970