Bakı qəlibçi yeni tikilən binadan yıxılaraq ölüb - Araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı qəlibçi yeni tikilən binadan yıxılaraq ölüb - Araşdırma aparılır

Qafar Ağayev09:21 - 19 / 08 / 2022
Bakı qəlibçi yeni tikilən binadan yıxılaraq ölüb - Araşdırma aparılır

Avqustun 18-i saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 1964-cü il təvəllüdlü Cabir Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə 1news.az-a Xətai rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər