Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlandı

Qafar Ağayev11:58 - 22 / 08 / 2022
Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan 1news.az-a bildirilib ki, avqustun 15-dən 20-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 239 piyada əleyhinə mina, 140 tank əleyhinə mina və 125 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 562 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
330

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər