Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Qafar Ağayev17:33 - 23 / 08 / 2022
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində çoxmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən 1news.az-a məlumat verilib.

***

Saat 16:19

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

"112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində çoxmərtəbəli binada (yaşayış yoxdur) yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Paylaş:
368

Son xəbərlər

Bütün xəbərlər