FHN Ağsuda sahədə yanğın törədən şəxsi aşkarladı - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Ağsuda sahədə yanğın törədən şəxsi aşkarladı - FOTO - VİDEO

Qafar Ağayev17:02 - 23 / 08 / 2022
FHN Ağsuda sahədə yanğın törədən şəxsi aşkarladı - FOTO - VİDEO

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın törətmiş şəxsi müəyyən edib.

1news.az xəbər verir ki, bu barədə qurumun saytında qeyd olunub. Bildirilib ki, 11 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Maşadqanlı kəndində Tahir Əliağa oğlu Vəlidova məxsus sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb, yaxınlıqdakı Maşadqanlı kənd məktəbi yanğından mühafizə olunub.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yanğını törətmiş şəxs müəyyən edilib. Belə ki, hadisənin 1980-ci il təvəllüdlü Yusif Vidadi oğlu Ağayev tərəfindən törədildiyi aşkar edilib və vətəndaş əməlini etiraf edib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Paylaş:
282

Son xəbərlər

Bütün xəbərlər