Türkiyədə keçmiş deputatın azərbaycanlı modelə etdikləri hər kəsi şoka saldı! - VİDEO
İş adamı, akademik, CHP-nin keçmiş millət vəkili Aydın Ayaydın Bodrum tətilində üzərinə su sıçradan uşağı danlayıb və ağladıb.
1news.az Türkiyənin "Sabah" saytına istinadən xəbər verir ki, bu yaxınlarda Bodrumda xoşagəlməz bir hadisə baş verib.
Belə ki, məşhur iş adamı və keçmiş CHP millət vəkili Aydın Ayaydın Azərbaycana və Dubaya qoyduğu sərmayələri ilə ad qazanan azərbaycanlı model Diana Ahadpourla çimərlikdə dava edib.
Diana Ahadpurun 6 yaşlı oğluna dənizə girəndə üzərinə su sıçratdı deyə əsəbiləşən Aydın Ayaydın uşağın üstünə qışqırıb. Ağlaya-ağlaya anasının yanına gedən oğlanın anası Diana Aydın Ayaydının yanına gedərək "Niyə uşağımı ağlatdınız? Gəlib mənə deyərdiniz. Uşağı niyə qorxudursunuz?" deyib.
Bu vaxt Ayaydın Diana Ahadpurun üstünə yeriyərək "Rədd olun buradan! Öz ölkənizə gedin!" deyə təhqir edib. Ətrafdakı insanlar araya girib onu sakitləşdirməyə çalışsalar da, faydası olmayıb. Ayaydın qışqırıb təhqirlər yağdırmağa davam edib.
Sakitləşdikdən sonra videonun çəkildiyini və bu hadisənin təkcə Bodrumda deyil, hər yerdə eşidildiyini öyrənən Ayaydın ailənin yanına gedərək üzr istəyib.
Ayşən İsmayılova