Masallıda yanğının söndürülməsinə 2 helikopter cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda yanğının söndürülməsinə 2 helikopter cəlb olunub

Qafar Ağayev17:48 - 25 / 08 / 2022
Masallıda yanğının söndürülməsinə 2 helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən 1news.az-a bildirilib ki, yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
274

Son xəbərlər

Bütün xəbərlər