Sabunçuda qumbara partladan şəxs polislər gələndən sonra daha bir qumbara atıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda qumbara partladan şəxs polislər gələndən sonra daha bir qumbara atıb

Qafar Ağayev10:34 - 25 / 08 / 2022
Sabunçuda qumbara partladan şəxs polislər gələndən sonra daha bir qumbara atıb

Avqustun 23-ü gecə saat 3 radələrində paytaxtın Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində əl qumbarasının partladılması barədə rayon prokurorluğun məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü İntizam Nəcəfovun keçmiş arvadının anası və uşaqları ilə birlikdə yaşadığı evə gəlib onları öldürməklə hədələyib döyüşə hazır vəziyyətə gətirdiyi əl qumbarasını evin həyətinə atmasına, daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onunla profilaktik söhbət aparan zaman yenidən əvvəlcədən əlində hazır vəziyyətdə olan qumbaranı həyətə ataraq partlatmasına əsaslı şübhələr müəyyən edilib.

Baş vermiş hadisə ilə bağlı xəsarət alan olmayıb

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

İntizam Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam edir.

Paylaş:
160

Son xəbərlər

Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55Azad edilmiş ərazilərdə 37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - VİDEOBu gün, 12:31DİN: Bakı və Sumqayıtda itkin düşən 7 nəfər tapılıbBu gün, 12:20Son bir həftədə azad edilən ərazilərdə 1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 12:06Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi general-mayor Namiq İslamzadəyə həvalə edilibBu gün, 11:52Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 11:42Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİBBu gün, 11:36Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar - YENİLƏNİBBu gün, 11:32Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşırBu gün, 11:24DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcəkBu gün, 11:17Azərbaycanda azad sahibkarlığın inkişafı - görülən işlər hədəfinə çata bilirmi? - ŞƏRHBu gün, 11:00Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilibBu gün, 10:56Oğuzda quldurluq edən şəxs saxlanılıbBu gün, 10:46Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:30İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİBBu gün, 10:16Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıbBu gün, 10:03Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16
Bütün xəbərlər