Doğma şəhərin tarixinə füsünkar mənzərəsi olan yeni “Terrace145” restoranı açıldı! | 1news.az | Xəbərlər
Cəmiyyət

Doğma şəhərin tarixinə füsünkar mənzərəsi olan yeni “Terrace145” restoranı açıldı!

13:55 - 26 / 08 / 2022
Doğma şəhərin tarixinə füsünkar mənzərəsi olan yeni “Terrace145” restoranı açıldı!

Avqustun 24- ü, “145 Group” restoranlar şəbəkəsi İçəri şəhərdə yerləşən “Sultan Inn” Boutique Hotelin ən yüksək mərtəbəsində füsünkar mənzərəsi olan “Terrace145” restoranını açaraq qonaqlarını sevindirdi. Qeyd edək ki, “Sultan Inn” Boutique Hotel artıq “145 group” şəbəkəsinə daxildir.

“Sultan Inn” Boutique Hotelə daxil olub, onun tarix görmüş pilləkənləri ilə “Terrace145”-ə qalxdıqda artıq ilk sehrli təəssüratları yaşamamaq mümkün deyil. Restoranın qapılarından içəri daxil olduğunuz an xoş isti işıqlandırma, koloritli interyerin yaratdığı sehrli atmosferə qərq olacaqsınız.

“Terrace145” -in verandasından Qız Qalasına, Dənizkənarı bulvara və İçərişəhərin tarix dolu küçələrinə möhtəşəm mənzərə açılır. Bu yüksəklikdən mənzərəni izləyərkən, Qız Qalasını, doğma şəhərimizi yenidən kəşf edəcəksiniz. Burada şəhər ponaramasını seyr edərək samovar çayı içmək, peşəkarlıqla hazırlanan ləzzətli yeməklərdən dadmaq, bol tüstülü qəlyan çəkmək misilsiz zövq bəxş edəcək.

Restoranda təmiz dəniz havasından həzz alaraq doyumlu və faydalı səhər yeməyi, dadlı nahar və ya şam yeməyi etmək gününüzü xoş xatirəyə çevirəcəkdir. Burada hər axşam canlı musiqi səslənir və ən yaxşı əhval-ruhiyyə yaradılır.

Restoranın şef-aşpazı Birсan tərəfindən xüsusi hazırlanmış menyusu müəllif baxışı ilə tamamlanan milli, Meksika və Avropa mətbəxinin təamlarından ibarətdir. Müəllif reseptlərinin seçimi, yeni dad birləşmələri və gözəl təqdimat "Terrace145" restoranını fərqləndirən əsas xüsusiyyətidir.

Yeməklərin unikal dadı, sehrli mənzərə və xoş atmosfer - adi bir günü qeyri-adi edən də məhz budur.

Unudulmaz gün keçirmək və hər andan zövq almaq üçün sizi “Terrace145” restoranına dəvət edirik.

Qeyd: “145 Group” restoranlar şəbəkəsinə 9 məkan “Çayevi145”(2003il), “Çaybağı145” (2016il), “Greengarden145” (2016il), “Malacannes145” (2017il), “Passage145” (2017il), “Metropol145”(2018il), “Mardacannes145”(2022il), “Terrace145” (2022il) və “Sultan İnn Boutique Hotel” (2022il) aiddir.

Ünvan: İçəri Şəhər, Böyük Qala 20, “Sultan İnn” Boutique Hotel

Telefon: 070 7000 145

http://www.145group.com/

https://www.instagram.com/terrace.145/

https://www.facebook.com/Terrace-145-111270071687473/

Reklam hüququnda

Paylaş:
533

Son xəbərlər

Bütün xəbərlər