Hacı Surxay Laçını tərk edən ermənilərin evlərə donuz qanı sürtməsindən danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacı Surxay Laçını tərk edən ermənilərin evlərə donuz qanı sürtməsindən danışdı

11:34 - 26 / 08 / 2022
Hacı Surxay Laçını tərk edən ermənilərin evlərə donuz qanı sürtməsindən danışdı

“Tarix boyu haqla batilin savaşı olub. İslam tarixinin fəlsəfəsinə görə haqq sonda qələbə qazanır. 44 günlük Vətən müharibəsində haqq-ədalət öz yerini tapdı, 30 il erməni tapdağında qalan torpaqlarımız azad oldu”.

1news.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli deyib:

“Ali Baş Komandanın və ordumuzun səfərbərliyi nəticəsində öz torpağımızdan erməni vandallarını çıxartdıq. Hər bir xalq öz torpağını müdafiə edirsə, orda mütləq şəhid verməlidir. 30 il işğal altında olan torpaqlarımızdakı məscidlərdə donuzların saxlanılması və Allahın bəyənmədiyi heyvanların Allahın evinə buraxılması erməni vandallığının təzahürü, cinayəti idi. Şükürlər olsun ki Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı tam azad etdi. Amma buna baxmayaraq erməniləri bizim torpaqlarımızda hələ də gözü var.

O ki, qaldı ermənilərin Laçını tərk edərkən donuz qanını evlərə sürtməsinə, ermənilər bir daha öz murdar hərəkətlərini ortaya qoydular. Onlar istədiklərinə nail ola bilməyəcəklər. Bizim müdrik rəhbərimiz siyasət meydanında öz sözünü deyib. Bu gün təbii ki, Azərbaycanda kilsələr, xristianlığa məxsus olan məbədlər müqəddəs kimi qorunur”.

1news.az

Paylaş:
168

Son xəbərlər

Bütün xəbərlər