İstixanada narkotik yetişdirən Göyçay sakini saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İstixanada narkotik yetişdirən Göyçay sakini saxlanılıb - FOTO

Qafar Ağayev14:06 - 26 / 08 / 2022
İstixanada narkotik yetişdirən Göyçay sakini saxlanılıb - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, rayonun Ləkiçıplaq kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istixanada narkotik tərkibli bitkilərin becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb və keçirilmiş tədbirlər nəticəsində orada çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan şəxsin Adəm Beydullayev olduğu müəyyən edilib.O, şübhəli şəxs qismində saxlanılıb və evinin həyətyanı sahəsindən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 75 kiloqram olan 13 ədəd çətənə kolu və 1 kiloqram 500 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Keçirilən digər əməliyyat nəticəsində isə rayon sakini, əvvəllər məhkum olunmuş Cavad Qasımov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan heroin və qurudulmuş marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
411

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edibBu gün, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıbBu gün, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyubBu gün, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55
Bütün xəbərlər