Etibar Mirzəyev: “Avqustun 25-nə qədər ölkə ərazisində baş verən yanğınlarda 29 nəfər həlak olub”

2022-ci il yanvarın 1-dən avqustun 25-nə qədər ölkə ərazisində 10900 yanğın hadisəsi baş verib.
1news.az xəbər verir ki, bunu 2022-ci ilin avqust ayında Azərbaycan ərazisində baş vermiş yanğın hadisələri ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Ekologiya Nazirliyinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransında Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
O bildirib ki, bu statistikaya işğaldan azad olunan ərazilərdə baş verən hadisələr də daxildir: "O cümlədən 211 hektardan çox meşə sahəsi, 2318 hektar biçilmiş taxıl zonası yanıb. Avqustun 25-nə qədər ölkəmizdə baş vermiş yanğınlar nəticəsində 29 nəfər yanğından həlak olub".
1news.az
180